“Robinzon nənə”nin həyatı ekranlaşdırılır - FOTO

Maraqlı 10 Sentyabr 2020 | 20:27
OXUNUB: 814

Doğma kəndindən küsərək 36 ildir Türkiyənin Karakısrak yaylasında tək yaşayan Fadime Kayacının həyatı ekranlaşdırılır.

Bölgədə “Robinzon nənə” olaraq tanınan Fadime Kayacı 1984-cü ildə yanına gələn 14 yaşlı qohumu Ali Haydar Kayacının ölümündən sonra özünü tənhalığa məhkum edib. Yaşının irəliləməsinə baxmayaraq hər çətinliyə sinə gərən bu qadının həyat hekayəsi ətrafda yaşayanlarla yanaşı, ictimaiyyətin də böyük marağına səbəb olub.

Hazırda bu yaşlı qadının həyat hekayəsindən bəhs edən sənədli film hazırlanır. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən “Fatma Kayacının bilinməyən hekayəsi” adlı filmin rejissoru Orhan Tekelioğludur. Artıq bir aydır çəkilişləri davam edən filmin yaxın zamanda ekranlara çıxması gözlənilir. (AZƏRTAC)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man