BƏƏ Marsda insanın yaşayacağı baza yaratmağı planlaşdırır

Maraqlı 08 Sentyabr 2020 | 20:43
OXUNUB: 1326

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Marsa göndərilən “Hope Probe” zondu Qırmızı planetin orbitində radiasiyanın səviyyəsini ölçüb.

AZƏRTAC xəbər verir ki, Əbu-Dabi Nyu-York Universitetinin alimləri bu tədqiqata əsasən bir daha təsdiq ediblər ki, kosmik fəzada astronavtların məruz qaldıqları radiasiyanın səviyyəsi onkoloji xəstənin radioloji müalicəsində aldığı şüanın təsiri qədərdir.

Universitetin professoru Dimitra Atri jurnalistlərə müsahibəsində deyib ki, Marsda radiasiyanın səviyyəsi dəqiqliklə müəyyən edildikdən sonra BƏƏ uzaq gələcəkdə bu planetdə kiçik baza salınması layihəsini həyata keçirə bilər. Bu planın reallaşması Qırmızı planetə enəcək ilk astronavtların hansı səviyyədə radiasiyaya məruz qalacağından asılı olacaq. O, əlavə edib ki, Marsın səthinə enəcək ilk astronavtların qalaktik şüalanma və Günəşdə baş verən parlayışların təsiri ilə artan radiasiyadan qorunması məqsədilə xüsusi texnoloji avadanlıq da hazırlanır.

BƏƏ-nin universitetlərində çalışan alimlər kosmik fəzada, o cümlədən Marsda radiasiyanın tədqiqi, onun təsirinin zəiflədilməsi üzrə ABŞ, Avropa və digər ölkələrin tədqiqat mərkəzləri ilə təcrübə mübadiləsi aparacaqlar. Bu ölkədə 2017-ci ildə elan edilmiş Mars strategiyası çərçivəsində 100 ildən sonra, yəni 2117-ci ildə Qırmızı planetdə insanın yaşayacağı ilk bazanın yaradılması da nəzərdə tutulur. Layihə Yerdən insanların Marsa daha tez müddətdə çatdırılması, orada kiçik evlərin tikilməsi, enerji və ərzaq istehsalını da ehtiva edir. Bu məqsədlə Beynəlxalq Kosmik Stansiyada xüsusi laboratoriya da yaradılacaq.

NASA-nın planetar elmlər departamentinin direktoru Lori Qleyz də BƏƏ alimlərinin Marsda baza yaradılmasına dair planını alqışlayıb, Amerika astronomlarının onlarla sıx əməkdaşlıq edəcəyini deyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man