Meteoroloji müşahidələr dövründə ən yüksək temperatur qeydə alınıb

Maraqlı 07 Sentyabr 2020 | 20:20
OXUNUB: 1044

Sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında yerləşən Los-Anceles şəhərində havanın hərarəti 49,4 dərəcəyə yüksəlib.

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, bu, müşahidələr dövrü ərzində şəhərdə qeydə alınan ən yüksək temperaturdur. Rekord yerli vaxtla günorta saatlarından sonra Los-Ancelesin şimal-qərb rayonunda qeydə alınıb. Şəhərdə əvvəlki maksimum temperatur 2006-cı il iyulun 22-də müşahidə edilmişdi – 48,3 dərəcə.

Proqnozlara əsasən, yaxın günlərdə havanın hərarəti artmağa davam edə və yaxın zamanlarda həmin rayonda yeni rekordlar müəyyən edilə bilər.

Kaliforniya ştatının elektrik şəbəkəsi anomal istilər səbəbindən elektrik enerjisində problemlərin ola biləcəyi barədə xəbərdarlıq edib. Sutka ərzində 9 milyona yaxın insanın elektrik təminatında problemlər yarana bilər. (AZƏRTAC )

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man