Qəribə hadisə; Şəhər sakini dəfnindən iki gün sonra evinə qayıdıb

Maraqlı 11 Avqust 2020 | 19:34
OXUNUB: 1411

Hindistanın Kampur şəhərinin sakini Əhməd Həsən öz dəfnindən iki gün sonra evinə qayıdıb. Qəribə hadisə avqust ayının əvvəlində baş verib. Əhməd Həsən həyat yoldaşı ilə mübahisədən sonra evini tərk edib. Kişinin qayıtmadığını görən qohumları onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Avqustun 5-də hüquq-mühafizə orqanları görünüşünə görə Əhməd Həsənə bənzəyən cəsəd aşkarlayıb. Həyat yoldaşı və qardaşları cəsədin qohumlarına məxsus olduğunu təsdiqləyiblər. Dəfn mərasimi elə həmin gün baş tutub.

Lakin iki gün sonra Əhməd Həsən evinə qayıdıb. Hadisədən qorxuya düşən qonşularının çağırdığı polis əməkdaşları onu şöbəyə aparıb.

O, polisə verdiyi ifadədə həyat yoldaşı ilə mübahisədən sonra çalışmaq qərarına gəldiyini və zavodlardan birinə işə düzəldiyini deyib. İlk maaşını alaraq geri qayıdan kişi evində heç kimi tapa bilməyib. Əhməd Həsən öz dəfni barədə yalnız polis idarəsində xəbər tutub.

Həyat yoldaşı ərinin sağ olduğuna sevindiyini bildirib. Qadının sözlərinə görə, cəsədi görən zaman şübhəyə düşsə də, ərinin qardaşları onu cəsədin Əhməd Həsənə məxsus olduğuna inandırıblar.

Hazırda Kampur polisi dəfn olunan insanın şəxsiyyətini araşdırır. (AZƏRTAC)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man