Alimlər düyünün ölüm riskini araşdırıb

Maraqlı 07 Avqust 2020 | 12:18
OXUNUB: 828

Düyü yemək ürək-damar xəstəliklərindən ölmək riskini artırır.

Müvafiq araşdırma “Science of Total Environment” jurnalında dərc olunub.

Mançester və Salford Universitetlərinin alimləri İngiltərə və Uels sakinlərinin məlumatlarını təhlil edib və müntəzəm düyü yeyilməsinin onların orqanizminə təsirini qiymətləndiriblər. Məlum olub ki, sağlamlıq problemləri olan düyü həvəskarlarının 25 faizinin ürək-damar xəstəliklərindən ölüm riski daha yüksəkdir.

Modelləşdirmə nəticəsində tədqiqatçılar düyü yeməkdən artan sağlamlıq riskinin, təxminən, 6 faiz olduğunu müəyyənləşdiriblər. Onların fikrincə, düyü özündə sonradan insan orqanizminə də daxil olacaq arsen maddəsini saxlaya bilər. Alimlər bu maddənin hətta kiçik dozalarda olsa belə, uzunmüddətli istifadəsinin ürək-damar sistemi üçün təhlükəli olduğunu bildirib və hər il minlərlə insanın vaxtından əvvəl ölümünün səbəbi kimi göstərib.

Xəstəlik riskini azaltmaq üçün mütəxəssislər bu məhsulu sevənlərə rasionunu digər dənli bitkilərlə genişləndirməyi, habelə müxtəlif düyü növlərini - məsələn, basmati və ya cilalanmış düyünü seçməyi məsləhət görürlər. (Report) 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man