Məşqçisinin ona qarşı fiziki zorakılığından danışdı - FOTO

Maraqlı 25 İyul 2020 | 12:12
OXUNUB: 1188

Çin əsilli sinqapurlu fiqurlu konkisürən Yuy Şujan illərlə məşqçisinin fiziki zorakılığına məruz qalmasından danışıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

19 yaşlı idmançı qız məşqdə səhvlərə görə mütəmadi olaraq konki örtüyü ilə döyüldüyünü etiraf edib. Şujan 11 yaşından etibarən zorakılığa məruz qalıb.

“Doqquz yaşım olanda məndən Olimpiadada iştirak etmək üçün hər şeyə hazır olub-olmadığımı soruşdular. Onda “bəli” dedim. Kaş nəyə razılıq verdiyim biləydim...”, - deyə Şujan yazır.

Şujan Çində məşq edib. O, Sinqapuru beynəlxalq yarışlarda təmsil edən ilk fiqurlu konkisürən olub, 2017/2018-ci illərdə Cənub-Şərqi Asiya Oyunlarında tək ifada qızıl qazanıb. Dünya çempionatında və dörd qitə çempionatında da iştirak edib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man