İsrail muzeyindəki mumiyanın toxumlardan hazırlandığı məlum oldu

Maraqlı 21 İyul 2020 | 23:05
OXUNUB: 1158

İsrailin Hayfa şəhərində İsrail Milli Dəniz Muzeyinin kolleksiyasının uzun müddətdir bir hissəsi olan, uşaq ölçüsündə düzəldilmiş və təqribən üç min il yaşa malik mumiyanın əslində palçıq və toxumlardan ibarət imitasiya olduğu aşkarlanıb. Üç min il yaşı olan, “mumiya” ilə Osirisin görkəmində Misir sarkofaqı, eləcə də digər kiçik sarkofaq uzun müddət İsrail muzeyi ekspozisiyasının bir hissəsi olub. Lakin muzeyin əməkdaşları onlarda mumiyalanmış ürəklərin qalması barədə qeydlərə şübhə ediblər. Güman edilirdi ki, böyük ölçüdəki sarkofaqda mumiyalanmış uşaq ola bilər.

Ekspertizaya göndərilən sarkofaqlar kompüter tomoqrafiyasının köməyilə tədqiq edilib. Böyük ölçüdə mumiyanın insana bənzədiyi, lakin toxumlardan və palçıqdan düzəldildiyi məlum olub. Hor Allahının görkəmindəki kiçik sarkofaqda mumiyalanmış quş aşkarlanıb. Alimlərin fikrincə, bu, şahin olub.

Tədqiqatda iştirak edən alimlərdən Marsiya Xavit deyib: “Qədim Misirdə sərdaba düzəldəndə ora müəyyən artefaktlar, hətta mumiyalanmış heyvanlar qoyulurmuş. Həmçinin quşlar Misirdə mühüm rol oynayıb, qoruyucu hesab edilib. Onlar daha çox fironların sərdabasına yerləşdirilirmiş”.

Alimlər əldə etdikləri nəticələrdən heyrətləniblər və tədqiqatı davam etdirmək fikrindədirlər. (Modern.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man