Süni yağış yaratmağın üsulu təklif olunur

Maraqlı 21 İyul 2020 | 22:56
OXUNUB: 1642

Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən olan bir qrup tədqiqatçı buludları isitmək yolu ilə yağıntı yaratmaq üsulunu təklif edirlər. Quraq bölgələrdə buludların həcmini böyütmək, bununla da yağıntı miqdarını artırmaq üçün xüsusi qurğulardan istifadə etmək təklif olunur.

Meteotron adı verilən bu qurğular buludlari isidəcək qızmar hava axını yaratmalı və həmin axın 3-4 kilometrlik yüksəkliyədək işləməlidir.

“Bizim hesablamalarımıza görə, axının hərarəti ətraf havaya nisbətən 10-20 dərəcə artıq olmalıdır. Bununla yanaşı, həmin axın buluda çatsın deyə, 25-100 m/s-lik gücə malik olmalıdır. Bu gücə malik hava axını təyyarə mühərrikinə bənzər turbo reaktiv qurğularla əldə edilə bilər”, - deyə rusiyalı mütəxəssis, Şimali Qafqaz Federal Universitetinin professoru Robert Zakinian qeyd edib.

Yeni qurğuların sınaqları artıq Rusiya ərazisində həyata keçirilib. (“Report”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man