"Ölü" doğulan körpə basdırılarkən ağladı

Maraqlı 14 İyul 2020 | 08:45
OXUNUB: 870

Hindistanın Racastan ştatının Hoqunda şəhərində yeni doğulan qız uşağı səhvən ölü hesab olunaraq basdırılarkən ağlamağa başlayıb. Ailə üzvlərinin sözlərinə əsasən, gecə növbəsində olan tibb bacısı iyulun 9-da dünyaya gələn körpəni ölü bilib və plastik paketə bürüyərək anasına verib. Körpənin ailəsi tibb bacısının sözlərinə inanıb və uşağı basdırmağa aparıb. 
Lakin körpənin atası qohumlardan biriylə torağı qazan zaman uşaq ağlamağa başlayıb. Valideynlər onu yenidən tibb mərkəzinə aparıblar. Həkimlər rayon xəstəxanasına çatdırmaq üçün təcili yardım çağırıblar, lakin maşın saat yarımdan sonra gəlib. O vaxtadək vəziyyəti pisləşən uşağın həyatını xilas etmək mümkün olmayıb.
Ölən körpənin ailəsi tibb mərkəzinin əməkdaşlarını səhlənkarlıqda ittiham edir. Lakin onlar uşağa ölü diaqnozu qoyulmadığını və valideynlərin uşağı icazəsiz apardıqlarını deyərək günahsız olduqlarını iddia edirlər.
Tibb mərkəzinin işçilərindən biri qızın vaxtından öncə dünyaya gəldiyini və belə hallarda uşaqların bəzən dərhal ağlamadıqlarını qeyd edib. (Modern.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man