Cənub qütbündə temperatur rekord həddə yüksəlib

Maraqlı 30 İyun 2020 | 08:11
OXUNUB: 853

Son 30 il ərzində Cənub qütbündə havanın temperaturu yüksəlib. Bu barədə “Nature Climate Change” elmi jurnalında nəşr olunan yeni araşdırmada bildirilib.

Qeyd olunub ki, hər on ildə temperatur təxminən 0,6 dərəcə artıb.

Bildirilir ki, bunun səbəblərindən biri Sakit Okeanın şərqindəki dəniz səthində temperaturun artmasıdır. Bu da öz növbəsində Ueddell dənizində siklon anomaliyası yaradıb. Nəticədə siklon digər geofiziki amillərlə birlikdə Cənub qütbdən isti nəmli hava axınının keçməsini asanlaşdırıb.

“Reuters” agentliyi isə qeyd edir ki, antropogen amil də temperaturun qalxmasında mühüm rol oynayıb.

Agentlik 30 il ərzində (2018-ci ilə qədər) Cənub qütbdə orta temperaturun 1,8 dərəcəyə qədər artdığını açıqlayıb. 20 meteoroloji stansiyadan alınan məlumatlara görə, Cənub qütbündə temperatur artımı bütün Antarktida üçün hesab edilən orta səviyyədən yeddi dəfə yüksək olub. (“Report”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man