Gizli roman: Bred Pittin barmen qızla eşq macərası ortaya çıxdı

Maqazin 14 Fevral 2020 | 23:00
OXUNUB: 12464

Məşhur Hollivud ulduzu Bred Pittin gizli eşq romanı üzə çıxıb. 56 yaşlı aktyor Şotlandiyadan olan qızla münasibətlərini uzun illər gizlədib. Bu barədə "Cosmo” xəbər yayıb.

Münasibətlərin sürətlə başladığı və tez bitdiyi vurğulanır.

Məlumata görə, aktyor "Legends of the Fall” filminin növbəti çəkilişləri üçün getdiyi Qlazqo şəhərində Cillian Lembə vurulub. Bu, 1994-cü ildə baş verib. Onlar Mitçell küçəsində Deni Keynin pabında tanış olublar. Cillian orada barmen işləyib.

Lemb etiraf edir ki, aktyoru ilk dəfə görəndə ona qəribə təsir bağışlayıb. Bred qızı dərhal görüb, barın digər işçisindən onun adını öyrənib və Cillianı çağırıb.

Eşq macərası cəmi bir həftə çəkib. Aşiq cütlüklər "Marriott” və "One Devonshire Gardens” hotellərində görüşüblər.

Qeyd edək ki, aktyorun keçmiş arvadı Cennifer Enistonla münasibətlərinin yenidən başlaya biləcəyi barədə şayiə yayılıb. Yeddi il evli olan cütlük 2005-ci ildə boşanmışdı.

"Oskar-2020” qələbəsindən sonra tədbirdə Pittin sabiq xanımı ilə flirti nəzərdən yayınmayıb. (oxu.az)


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man