Azərbaycanda qayda pozan xaricilər ölkədən çıxa bilməyəcək - DYP-dən yenilik - FOTO

İctimai nəqliyyat 11 Fevral 2020 | 12:07
OXUNUB: 2117

Baş DYP İdarəsi xarici ölkə vətəndaşları ilə bağlı daha bir yenilik tətbiq edib. Belə ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısının alınması məqsədilə respublikanın bütün sərhəd məntəqələrində DİN Baş DYP İdarəsinin hazırladığı xüsusi bildirişlərin paylanılmasına başlanılıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev müsahibəsində bildirib.

Tətbiq edilən yeniliklə bağlı məlumat verən şöbə rəisinin sözlərinə görə, buklet və plakat formasında, 5 dildə çap edilmiş bildirişlərdə Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş sürət həddinin aşılmasına, habelə bir çox yol hərəkəti qayda pozuntularına xüsusi texniki vasitələrin köməyi ilə nəzarət edildiyi üçün inzibati xətaya yol vermiş şəxslərin barəsində iştirakları olmadan elektron qərar çıxarılması, cərimə ödənişləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və dəbbə pulu, habelə Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində inzibati xəta törətmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların Azərbaycan Respublikasından getmələrinin müvəqqəti məhdudlaşdırılması qeyd edilib. Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.

K.Əliyev həmçinin bildirişlər paylanılmazdan qabaq, hələ yanvar ayının əvvəlində xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliklərə müraciət edildiyini bildirib.

 

Orxan Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man