“Sizə kim dedi ki, Ağasəlimin oğluyam?” - FOTO

Maqazin 26 Sentyabr 2019 | 15:02
OXUNUB: 1766
 

Bu gün yerli KİV və sosial şəbəkələrdə İsveçdə yaşayan tanınmış tatu ustası Josef Loconun mərhum meyxanaçı Ağasəlim Çildağın oğlu olduğu iddia edilib. 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Feysbuk və instaqram istifadəçiləri, xəbər səhifələri sözügedən şəxsin fotolarını paylaşaraq gəncin adının Yusif olduğunu, bir müddət əvvəl Azərbaycandan köçdüyünü qeyd ediblər. Həmçinin, Josefin Çildağın nikahdankənar övladı olduğu qeyd olunub. 

Əldə etdiyimiz məlumata görə, meyxanaçının biri oğlan, digəri qız olmaqla iki övladı olub. A. Çildağın qızı yaşasa da, oğlu bir müddət əvvəl dünyasını dəyişib. 

Eyni zamanda meyxana ustadı Ağamirzənin qardaşı axşam.az-a dayısı Ağasəlim Çildağın belə bir övladının olmadığını qeyd edib. 

Bundan əlavə, Josefin Ağasəlimin oğlu olması barədə xəbər yayan Maraqlı.TV adlı instaqram səhifəsinin şəxsi mesaj yerinə tatu ustası özü də mesaj yazıb. O bildirib ki, meyxanaçının oğlu deyil: "Salam, siz bu gün mənim şəklimi paylaşmısız. Kim sizə dedi ki, mən Ağasəlimin oğluyam? Bu, doğru deyil". 

Xatırladaq ki, A.Çıldaq 2008-ci ildə dünyasını dəyişib. 

----------
12:21

 

Sosial şəbəkədə meyxana sənətinin əfsanəvi siması Ağasəlim Çıldaq haqda qalmaqallı xəbər yayılıb.

Milli.Az open.az-a istinadla xəbər verir ki, meyxanaçının İsveçdə Yusif adlı oğlunun olduğuna dair şayiələr gündəmi zəbt edib. Sosial şəbəkə hesablarında adı Josef olan Yusif tatu ustasıdır. Yusifin izləyicilərinin sayı 300 minə yaxındır. Onun azərbaycanlı olduğunu təsdiq edən səbəblərdən biri şəxsi hesabında Nərminə Səttarova adlı xanımı qohumu olaraq göstərməsidir. O, gənclik illərini də azərbaycanlı dostları ilə birlikdə Avropada keçirib.

Yusifin Ağasəlim Çıldağın nikahdankənar eşq yaşadığı xanımdan dünyaya gələn övladı olduğu qeyd olunub. Bundan başqa, onun bir bacısı olduğu da bildirilib. Məsələylə bağlı Yusiflə əlaqə yaratmağa çalışsaq da, o ismarışlarımızı cavabsız qoyub.

Xatırladaq ki, Ağasəlim Çıldaq 2008-ci ildə şəkər xəstəliyindən dünyasını dəyişib.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man