“Ateistlər dayazdır” - Sevda Ələkbərzadə

Maqazin 24 Sentyabr 2019 | 16:38
OXUNUB: 1196
 Düşünürəm ki, ölüm yoxdur. Bu, başqa həyata keçiddir. Ölüm olsa idi, həyat maraqsız olardı. Dərin insan bunu anlamalıdır. Dayaz insan deyəcək ki, hər şey bununla bitir.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Popumuz var" verilişində deyib.

O, zamanla filosofların fikirlərindən uzaqlaşaraq mistikaya daha çox inam bəslədiyini söyləyib:

"Mistiklər mənə daha çox yaxındır. Bəzi mistiklər bilən informasiyaları filosoflar bilmir. Alimlər görürsə, inanır, görmürsə, inanmır. İnsan ateistdirsə, dayazdır. Darvin deyirdi ki, insan meymundan əmələ gəlib. Təbii ki, dayazdır. Mistik deyil, çox ağıllıdır, intelektualdır, amma dərinliyi yoxdur. İnsan beş sinfi bitirə bilər, amma dəryadır. Oxumadığı kitab qalmayan adamlar var ki, çox dayazdır. İnsanlığı, vicdanı yoxdur. Oxuduqları kitab hara gedir? Bu, təkcə oxumaqla deyil. Nəyisə düzgün etmirəmsə, gecə yatmıram. Mənə bir söz deməklə öldürmək olar. Elə olub ki, bir sözə görə üç gün yatmamışam".

Müğənni hər şeyə görə Allaha təşəkkür etdiyini deyib:

 

"Yaradanla mütəmadi dialoqdayam. Ona hər şey üçün təşəkkür edirəm. Danışdıqlarım intim mövzudur deyə, danışa bilmərəm. Amma ona səmimi qəlbdən şükür edəndə səndə kosmik bir hiss yaranır. İnsanın özü möcüzədir. Ayı, ulduzları görürsən. Həyatımız nağıldır. Sən də möcüzəsən, mən də. Bunları necə görməmək olar?".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man