Türk aktrisası Burcu Karaya atasının evində arılar hücum edib.
Sfera.az axsam.az-a istinadən xəbər verir ki, arılardan qaçmaq istəyən 39 yaşlı aktrisanı bu dəfə də qonşunun iti dişləyib.
"Qohumumla birlikdə ağacdan əncir toplayırdıq. Əvvəl 2-3 arı gəldi. Daha sonra onların sayı artınca, əlimizlə uzaqlaşdırmağa çalışdıq. Panikaya düşüb qaçmağa başladıq. Mənin getdiyim tərəfdə arı pətəyi varmış. Bütün arılar bədənimə qondu. O arada da qonşunun iti gəlib ayağımı dişlədi. Birtəhər ondan xilas olub qonşunun evinə sığındım. Həkim allergiyaya qarşı dərman verdi. Göz qapaqlarımdan belə arıların iynələrini təmizlədik" deyə, aktirsa qeyd edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man