Son zamanlar plastik əməliyyat etdirən məşhurların sayı artmaqdadır.
Sfera.az xəbər verir ki, plastik cərraha müraciət edənlər arasında kişi məşhurlarımız da az deyil. Bu məsələ ilə bağlı zaman-zaman mediada müxtəlif məlumatlar yayılır.
Bir müddət öncə xəbər saytları müğənni Niyam Salaminin sifət cizgilərinə estetik müdaxilə etdirdiyi haqda xəbərlər dərc etmişdi. İddiaya görə, ifaçı üzgərmə əməliyyatı keçirib. Bundan başqa, onun yanaq hissələrində dolğunun olduğu da bildirilir.
Xatırladaq ki, "Kişi əgər, səhnə adamıdırsa, qaşını da aldırmalıdır, üz-gözünə də əl gəzdirməlidir" - deyə Niyam Salami açıqlamasında bildirmişdi.
Xalq artisti Faiq Ağayevin adı da plastik əməliyyat etdirənlər sırasında çəkilir. Lakin o, bunu heç zaman etiraf etməyib. Sənətçi yalnız gözlərində əməliyyat etdirdiyini deyib.
Tanınmış müğənni Elçin Cəfərov burnunu əməliyyat etdirib:
""Şeron” qrupunda çıxış etdiyim zaman axşam saatlarında evimizə gedirdim, bir də gördüm ki, məhəllədə 3 nəfər dayanıb. Onların yanından keçəndə məni yumruqla vurdular. Uzandım yerə, burnumdan qan açıldı. Məni təpiklədilər, hətta bıçaq da çıxartmışdılar. Başa düşə bilmirdim ki, nə olub? Nə baş verir? Bir sözlə, məni döydülər, qaçdılar. İndiyə qədər bilmirəm ki, səbəb nə idi. Həmin vaxtdan burnumda problemlər var idi, nəfəs ala bilmirdim. "M”, "N” hərflərini deməyə çətinlik çəkirdim. Məcburiyyətdən burun əməliyyatı etdirməli oldum”.
Müğənnilər Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu isə saç əkdirən məşhurlar sırasındadırlar.
Qeyd edək ki, tanınmış prodüser Tarix Əliyev (Tolik) kişi müğənnilərin plastik əməliyyat etdirməsi ilə bağlı sərt fikirlər səsləndirib.
O, "Hər şey daxil" verilişində üzündə estetik əməliyyat etdirən kişi müğənniləri lağa qoyub:
"Üzlərinə o qədər dolğu vurdururlar, olurlar "Toppuş bacı"".
(redaktor.az)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man