Azərbaycanlı aktrisaya Türkiyədən DƏVƏT: Bu tamaşada rol alacaq - FOTO

Maqazin 25 Noyabr 2024 | 14:08
OXUNUB: 2018

Aktrisa-aparıcı Turanə Hüseynli “Gergedan Yapım” şirkətinin dəvəti ilə Türkiyədə fəaliyyət göstərəcək.

 

Sfera.az bildirir ki, o, daha öncə 5 il dayanmadan səhnə alan “Yetersiz Bakiye - Hesap kesim” tamaşasının yeni quruluşunda rol alacaq. 

 

“Deyəsən, ilk dəfədir, hansısa teatr Azərbaycandan aktrisa dəvət edir. Mən də artıq 1 aydır, bu tamaşa və bir neçə film, serial ilə əlaqədar İstanbula köçmüşəm . Tamaşada mənim rolum türkiyəli bir qız üçün yazılmışdı. İştirakım təsdiqlənəndən sonra rolu azərbaycanlı qız olaraq dəyişiblər. Yəni tamaşada mən həm Türkiyə türkçəsi, həm də öz ana dilimdə danışacağam”, - Turanə bildirib.

 

Qeyd edək ki, dekabrın sonu səhnə alacaq tamaşa komediya janrındadır. Daha əvvəlki mövsümdə səhnə əsəri 500 mindən çox tamaşaçıya göstərilib. Səhnə işi bu il həm Türkiyə, həm də dünya turu edəcək.

 

Günay 


 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man