Türkiyəli müğənnilərin Yeni il gecəsi çıxışının qiymətləri açıqlanıb. 2025-ci ilə səhnədə qədəm qoyan məşhurlar həmin gün sərvətlərinə sərvət qatacaqlar. Onlar arasında ən çox qonorar alacaq müğənni Hadisədir. O Yeni il gecəsi çıxışına görə 20 milyon lirə alacaq.
Sfera.az Türkiyə KİV-ə istinadən Yeni ildə milyonlar qazanacaq məşhurların siyahısını təqdim edir:
Müğənni Hadise 31 dekabr və 1 yanvar tarixlərində Misirdə səhnəyə çıxacaq. O bunun üçün 20 milyon lirə alacaq.
Müğənni Ebru Gündeş Yeni il gecəsi Kiprdə 10 milyon lirə qazanacaq.
Müğənni Gülşen Kiprdə səhnəyə çıxacaq. O 8 milyon lirə qazanacaq.
Müğənni Sibel Can İstanbulda səhnə alacaq. Ona 8 milyon qonorar ödəniləcək.
Müğənni Yıldız Tilbe həmin gün Ankarada səhnə alıb, 7 milyon lirə gəlir əldə edəcək.
Müğənni Sıla 6 milyon lirə qonorar alacaq. O Kiprdə səhnəyə çıxacaq.
Müğənni Bülent Ersoy Almaniyada səhnə alacaq. O 6 milyon lirə qazanacaq.
Müğənni Özcan Deniz 6 milyon qonorar alacaq. O Kiprdə səhnəyə çıxacaq.
Müğənni Candan Erçetin Antalyada səhnə alacaq. O bu çıxışından 6 milyon lirə qazanacaq.
Müğənni Mustafa Sandal Kiprdə çıxış edib 5 milyon lirə qazanacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man