Türkiyəli model və aktrisa Ebru Şallı boşanır.
Sfera.az bildirir ki, bununla bağlı onun həyat yoldaşı Uğur Akkuş paylaşım edib. O bildirib ki, boşanma ilə bağlı məhkəməyə özü müraciət edib.
“Bu gün 7 ildir birlikdə olduğum, sevərək evləndiyim həyat yoldaşım Ebru Şallıdan boşanmaq üçün Beykoz 1-ci Ailə Məhkəməsinə müraciət etdim və vəkilim vasitəsilə boşanma davası açdım. Yaxın ətrafım, məni sevən ailəm və məni tanıyan hər kəs boşanmağımın səbəbini öyrənmək istəyəcək. Ona görə bura yazıram. Səbəb xoşbəxt olmamağımdı. Bu münasibətin bir sevgi evliliyi olduğunu düşündüm, amma məlum oldu ki, hər şey pul və maddiyyat imiş. Bunu çox gec və çətin anladım. Artıq hüzurlu və xoşbəxt həyat yaşamaq qərarına gəldiyim üçün boşanmaq istədim”, - E.Şallının həyat yoldaşı qeyd edib.
Xatırladaq ki, cütlük 2019-cü ildə ailə həyatı qurmuşdu.
Türkan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man