Məşhur müğənni azərbaycanlı xanımla evlənə biləcəyini söylədi - FOTO/VİDEO

Maqazin 26 Oktyabr 2024 | 11:32
OXUNUB: 4922

Türkiyənin məşhur müğənnisi Edisin Bakıda konserti keçirilib.

 

Sfera.az-ın məlumatına görə, o, konsertdən əvvəl jurnalistlərə açıqlama verib. Edis Azərbaycanın ikinci evi olduğunu bildirib.

 

“Azərbaycanı, xüsusilə Bakını çox sevirəm. Artıq bura mənim üçün doğmalaşıb. Bakıda bir evimin olmasını da istəyirəm. Amma hələ almamışam. Bu gün də burada yenidən sevənlərimlə görüşəcəyim üçün çox xoşbəxtəm. İlk olaraq yeni mahnımı oxuyacam və fərqli rəqs şouları nümayiş etdirəcəyik”.

 

O, Azərbaycan müğənnilərindən Röyanı çox bəyəndiyini və onunla duet oxumaq istədiyini diqqətə çatdırıb. Həmçinin müğənni Asya Əlizadəni də bəyəndiyini və onunla görüşəcəyini də vurğulayıb.

 

Edis Azərbaycanlı xanımla ailə qurarsınız sualına "Ola bilər, qismət", - cavabını verib. Daha sonra o, möhtəşəm şousu ilə sevənlərinin qarşısına çıxıb.

 

Qeyd edək ki, müğənni 26 oktyabrda da Bakı Konqres Mərkəzində konsert verəcək.

 

Ülkər Abdurahmanlı

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man