“Bu aktrisanın yiyəsi yoxdur ki, desin “bu verilişə niyə getmisən?”” - Xalq artisti

Maqazin 21 Oktyabr 2024 | 10:40
OXUNUB: 1321

“Mən demək olar ki, efirlərimizə baxmıram. Bizim sosial verilişlər utancverici səviyyədədir. Kütlənin səviyyəsi gör nə qədər aşağıdır ki, o efirdən sosial verilişlərə baxır. Əgər veriliş reytinq toplayırsa demək ki, o tip verilişlərə baxan var”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.

 

İctimai – sosial verilişləri qınayan Akademik Musiqili Teatrının aktyor həmkarlarının o proqramda iştirak etməsinə sərt reaksiya bildirib:

 

“Mən yalnız AzTV, Mədəniyyət və İctimai televiziyanın efirinə çıxıram. Kanallar var ki, məni orada yalnız bir veriliş maraqlandıra bilər və ora gedə bilərəm. İnsan illərlə hörmət qazanır. Amma o verilişlərə çıxaraq o hörməti bir anın içində itirə bilərsən. Niyə ora gedim və hörmətimi itirim? Müəyyən sosial verilişlər var ki, həmkarlarım orada iştirak edirlər. Baxıb görürəm ki, onlarda qoşulublar o verilişə gələn insanlara. Fikirləşirəm ki, həmin sənət adamının yiyəsi, övladı, həyat yoldaşı yoxdur ki, desin ana sən o verilişə niyə getmisən? Ayıb deyil?”(Olay.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man