Nailə İslamzadə Flora Kərimovanı müdafiə etdi: "Sən kimsən?”

Maqazin 05 Aprel 2022 | 21:38
OXUNUB: 2163
Əməkdar artist Nailə İslamzadə müğənni Afət Fərmanıqızını məhkəməyə verən xalq artisti Flora Kərimovanı müdafiə edib.

Sfera.az xəbər verir ki, Nailə İslamzadə İnstaqramda Afət Fərmaqızı haqda məhkəməyə təqdim etdiyi sübutları paylaşan xalq artistinə dəstəyini nümayiş etdirib.

O, şərh bölümündə yazıb: "Flora xanıma "Sən kimsən?”deyə sual verilir. Cavabını mən verim: Flora xanım həm sənəti, həm şəxsiyyəti, həm mərdliyi və vətənpərvərliyi ilə mənəvi dünyamızı nurlandıran bir varlıqdır. Bənzərsiz, təkrarsız, əvəzolunmaz səsi ilə Allahın bizə bəxş etdiyi ilahi bir möcüzədir. Onun hər bir müğənniyə irad tutmağa haqqı var. Bu iradına "sağ ol” deyərək vaxtında nəticə çıxarmaq lazım idi, o isə təhqirlərə keçdi.

Toylarda bayağı mahnılar oxumaq qəhrəmanlıq deyil, Pul heç zaman sahibinə millət sevgisi qazandıra bilməz. Əziz Flora xanim! Millət sizi sevir, bundan böyük mükafat olmaz!”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man