"Rusiyaya 8 min dollara toya gedirsinizsə, necə qayıda bilmirsiz?" - Sərxan Kərəmoğlu

Maqazin 11 Mart 2022 | 22:30
OXUNUB: 2557
Aparıcı Sərxan Kərəmoğlu bəzi müğənniləri tənqid edib.

Sfera.az xəbər verir ki, aparıcı sosial şəbəkədə Rusiyadakı toylara gedib qayıda bilmədiklərini söyləyən sənətçilərin səmimiyyətinə inanmadığını bildirib:

"Bəzi müğənnilər deyirlər ki, yollar bağlıdır. Onlar özlərini ya harasa salmaq, ya da çıxarmaq istəyirlər. Bu mənə çatmır, 2-3 mənalı sözlər demək düzgün deyil. Bəs deyirsiniz ki, 5,6,8 min dollara toylara gedirəm. Bu qiymətə gələn adam başqa bir ölkəyə uçub, oradan Azərbaycana qayıda bilmir? Bir neçəsi deyir ki, gəlib burda qaldıq. Necə qala bilərsən? Mən Moskvadayam, toyum var qalıram, yoxdursa qayıdıram.

Eləsi də var deyir ki, gələ bilmədim, pulumu itirirəm. Toya görə normal pul alırsansa, necə gələ bilmirsən? Səni toyda görmək istəyirlərsə, 5-6 min verirlərsə, min də artıq ödəsinlər, Özbəkistana uç və oradan gəl. Camaatı dəli yerinə qoymusunuz?".

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Damla toya görə Moskvaya getdiyini, lakin uçuşların dayandırıldığına görə Azərbaycana qayıda bilmədiyi açıqlamışdı.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man