Manaf Ağayevin azadlığa çıxacağı tarix məlum olub.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, M.Ağayevin həbs müddəti martın 4-də bitir.
Sfera.az xəbər verir ki, müğənni sabah azadlığa buraxılacaq.
Qeyd edək ki, Manaf Ağayev fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutkalıq inzibati qaydada həbs edilib. Buna səbəb isə müğənninin işğaldan azad edilən Füzuli şəhərinə qanunsuz səfər etməsi olub.