Oqtay Dilarə barədə: Mən qocalıram, o cavanlaşır

Maqazin 13 Yanvar 2022 | 20:39
OXUNUB: 3163
"Xəyanət çox ağır kəlimədir. Sənə xəyanət edən insanı bağışlayırsan, amma qucaqlaya bilmirsən. Xəyanət sənin qollarını kəsir".

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Günün sədası" proqramında deyib. Xəyanətdən danışan aktrisa bunla bağlı sualları cavablandırıb:

"Xəyanət edən bir də edəcək. Desəm ki, xəyanət edən olub, yanlış olar. Desəm ki, olmayıb, yenə yanlış olacaq. Beyninə bir proqram yerləşdirmişəm, onunla hərəkət edir və həyatımı yaşayıram. Mənə olunan hər hansı pis hərəkət, davranış illər boyu proqramlaşdırıram, unuduram. Onla yaşamaq istəmirəm. Xəyanət edən və olunan beynimdən silinir. İndi desəniz nə formada xəyanət edilib, tapıb deyə bilməyəcəm".

D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevdən danışıb. "Oqtay çox rahat, insanı anlayan biridir. Amma bir az emosiyanaldır. Onda qiymətləndirdiyim keyfiyyət onun kömək etmək istəyi, niyyətidir. Böyük arxa-dayaqdır. Bu qədər ailə həyatımızda bir-birimizə qısqanclıqa gəlməmişik. Evimizin müzakirə mövzusu deyil" deyə, D.Əliyeva bildirib.

"Varlı aktrisasınız" sualına Dilarə "Azərbaycan reallığında bir aktrisanın öz sənətində nə qədər varlanması mümkündürsə, bəli, gördüyüm işin qarşılığını ala bilirəm. Oradan 1 milyon da alsam, 1 manat da almasam həmin səviyyədə iş görəcəm" cavabını verib.

D.Əliyevanın həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyev də aktrisa ilə bağlı açıqlama verib. "Elə bir xasiyyəti yoxdur ki, dözəm. Yolagedən insandır. Niyə yaşlanmır? Mən get-gedə qocalıram, o cavanlaşır" deyə, o, söyləyib.
(Axsham.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man