1,5 ildir heykəltaraş Emre Yusufli ilə eşq yaşayan, türkiyəli cazibədar aktrisa Nilperi Şahinkayanın etirafları səs-küyə səbəb olub.
Sfera.az bildirir ki, aktrisa "YouTube”dakı "Buralarda Neler Dönüyor” adlı verilişdə maraqlı suallara cəsur cavablar verib. O, sevgilisindən evlilik təklifi alacağı təqdirdə, qəbul etməyəcəyini deyib: "Evlilik məni qorxudur. Anam, atam daxil, yaxşı bir evlilik modelim olmadı. Hər kəs boşanır, buna görə də evliliyə inancım yoxdur. Bir partnyorum olsun, ömür boyu birlikdə yaşayaq. Sanki imza hər şeyi pozacaqmış kimi gəlir”.
Nilperi, həmçinin intim həyatla bağlı məsələlərə də toxunub. O, zəkanın onu təhrik etdiyini vurğulayıb: "Yaxşı söhbət fikrimcə, yaxşı önsevişmədir. Qarşı cinsin əvvəlvə çiyinlərinə baxıram, genişdi ya yox. Əllər də önəmlidir. Bir ara "Tinder”də hesab açdım. Çox düzgün, memar olan bir bəylə bir neçə dəfə görüşdük. Amma mən romantika da istəyirəm, ona görə həmin şəxs mənə təsir edə bilmədi”.
Türkan
Sfera.az