Fanatı Mehmet Ali Erbilə hücum etdi - FOTO

Maqazin 10 Dekabr 2021 | 12:40
OXUNUB: 753
Türkiyəli aparıcı və aktyor Mehmet Ali Erbil fanatının hücumuna məruz qalıb.
 
Sfera.az bildirir ki, hadisə ötən gün restoranların birində baş verib. Belə ki, şoumenin yaxınları ilə əyləndiyi yerə daha bir dost qrupu gəlib. Əcnəbi vətəndaşlardan ibarət qrupla Erbilin qrupu söhbət etməyə başlayıb. Sonrakı dəqiqələrdə özünü Saşa kimi təqdim edən gənc Amerika vətəndaşı olduğunu və məşhur şoumeni çox bəyəndiyini bildirib. Aparıcı ilə söhbət etmək üçün onun masasına yaxınlaşıb. Lakin iddialara görə, içkili vətəndaş Mehmet Alini təhqir etməyə başlayıb və onu döyməyə çalışıb. Həmin şəxsin əyləşdiyi stulla şoumenə hücum etdiyi də bildirilib.

İşçilərin müdaxiləsi ilə yekunlaşan mübahisədən sonra, Mehmet Ali Erbil polisə zəng edərək Saşadan şikayətçi olub.  Sözügedən şəxsin holland olduğu müəyyən edilib və sorğulanmaq üçün mərkəzə dəvət olunub.

Türkan 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man