Sərdar Ortaç haqqında inanılmaz iddialar: Qumar borcuna görə ölüm təhdidləri alır

Maqazin 09 Dekabr 2021 | 12:11
OXUNUB: 723
Türkiyəli müğənni Sərdar Ortaç haqqında inanılmaz iddialar ortaya atılıb.
 
Sfera.az-ın məlumatına görə, ifaçının qumar borcu səbəbilə ölüm təhdidləri aldığı bildirilib. Bu barədə türkiyəli yazar və sənət adamı Onur Akay məlumat yayıb. 

"Sərdar qumar borcuna görə ölüm təhdidləri alıb və buna görə bankdan kredit çəkib. Eyni zamanda o, mahnılarının müəllif hüquqlarını iş adamına satıb və 5 il müddətinə 1 milyon lirə alıb. Yəni mahnılar Serdar Ortaçın imzası altında qalsa da, artıq 5 il müəllif hüquqları qorunmayacaq. Mahnıları harda səslənirsə, kim oxuyursa, pulunu satdığı iş adamı alacaq. Əldə etdiyim məlumata görə, Ortaç qumarda 459 min 670 dollar uduzub”, - deyə Akay söyləyib. 

Digər tərəfdən son zamanlar müğənninin adı mütəşəkkil cinayətkarlar lideri Sedat Pekerin bəhs etdiyi qanunsuz mərc siyahısında da hallanıb. Ortaçın, həmçinin hazırlıq mərhələsində olan "Best Of Serdar" albomunun hüquqlarını Ozan Çolakoğluna 200 min lirəyə satması da iddialar arasında yer alıb.

Qeyd edək ki, borcları ilə bağlı Sərdar Ortaç axırıncı dəfə "Banka 10 milyon, keçmiş həyat yoldaşım Kloe Luqnana 600 min lirə aliment borcum var. Mənim də aylıq xərcim təxminən 500 min lirədir”, - deyə bildirmişdi. 

Türkan 
Sfera.az








Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man