Məşhur aktyor rejissoru öldürməyi öncədən planlayıb? - 4 il öncəki paylaşımında görün nə yazıb

Maqazin 22 Oktyabr 2021 | 13:51
OXUNUB: 999
"Rust” filminin çəkilişləri zamanı yanlışlıqla boş silahdan açdığı atəşlə quruluşçu rejissoru öldürən amerikalı aktyor Alek Baldvinin paylaşımı gündəm olub.
 
Sfera.az bildirir ki, aktyorun 2017-ci ildə sosial şəbəkə hesabında belə bir paylaşım etdiyi üzə çıxıb:

"Birini səhvən öldürməyin necə bir hiss olduğu maraqlıdır”.
 


"Oskar”a namizəd göstərilən ulduzun bu cümləsi qısa müddət ərzində trend olub və minlərlə insan tərəfindən yenidən paylaşılıb.

Xatırladaq ki, məşhur amerikalı aktyor Alek Baldvin 42 yaşlı quruluşçu rejissor Halina Hatçinin ölümünə səbəb olub. Belə ki, "Harland Rist” rolundakı 63 yaşlı Alekin əlindəki silahdan çıxan mərmilər sözügedən rejissora və ssenarist Coel Souza tuş gəlib. Alek Baldvin polis mərkəzində sorğulanıb və sərbəst buraxılıb. Filmin çəkilişləri isə dayandırılıb.

Digər tərəfdən, yaşanan qəzanın kameralar açıq ikən meydana gəldiyi bəlli olub. Sorğu-suala tutulan Alek sərbəst buraxıldıqdan sonra polis mərkəzinin qabağında göz yaşlarına boğulub. 
 



Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man