Müğənni Nura Suri yemək sifarişi ilə bağlı narazılıq edib.
Sfera.az bildirir ki, ifaçı sosial şəbəkə hesabında paylaşım edərək bu istiqamətdə problemlərdən söz açıb.
"Hər dəfə özümə söz verirəm ki, susum, amma alınmır. "Wolt”dan neçənci dəfədir ki, sifariş veririk hər dəfə bir problem çıxır. Blogerlərə pul verib reklam etməklə iş bitmir. İşinizi keyfiyyətli edin yetər”, - deyə Suri qeyd edib.
O, bununla bağlı nümunə də çəkib: "Neçənci dəfədir pizza və s. kimi yanında barbekü sousları sifariş edib pulunu ödəyirik. Yemək gəlir, 50 qəpiklik souslar gəlmir. Uşaq bu yeməyi sifariş edəndə yanında bu ziyanlı sousu da istəyir axı. Niyə belə məsuliyyətsiz yanaşırsız müştərilərə?”.
Türkan
Sfera.az