Müğənni Nigar Camal avtomobil qəzası törədib. İfaçı idarə etdiyi maşınla "28 May" metrosu yaxınlığında "Toyota Prius" markalı avtomobili vuraraq hadisə yerindən uzaqlaşıb.
Sfera.az xəbər verir ki, sənətçi məlumatı təsdiqləyib və hadisə yerindən hansı səbəblə uzaqlaşdığını açıqlayıb:
"Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirtmişəm. Lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb.
Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə, hadisə yerindən uzaqlaşdım, fikirləşdim ki, əsəbiniz soyuyanda danışarıq.
Qəza baş verən yerdə kameralar var. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkdiyi halda oradan qaçam. Şükür ki, hər şey yolundadır.
Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu və keçdi. Bunu şişirtməyin mənası yoxdur. Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun”.
Xatırladaq ki, avtomobil qəzası iki gün əvvəl baş verib.