Müğənni Şəbnəm Tovuzlu ARB televiziyasında etirafları ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, müğənni həmkarı tərəfindən şərləndiyini iddia edib.
O, aparıcının "Sənət yoldaşlarınızdan biri sizə böhtan ataraq həbs etdirmək istəyir?" sualına belə cavab verib:
"Pandemiya dövründə Moskvada bir neçə konsertlim oldu. Bu dönəmdə məni çox tənqid və təhqir etdilər. Amma səbrli olmağa çalışdım. Bir gün Moskvada telefonuma zəng gəldi, Rəşad adlı dostumuz idi. Mənə dedi ki, səni illərdir tanıyıram. General dostum var, ona məlumat çatıb ki, sənət dostlarından bir xanım sizə sifarişli şəkildə böhtan atılmasını istəyir. Çox pis oldum və dedim ki, Allahım, mən kimə nə etmişəm?! Rəşad tapşırdı ki, getdiyin yerdən, çantandan, köməkçindən, hər şeydə diqqətli ol.
Belə bir durum insanı qorxuya salır, həm də düşünürsən ki, kimə nə etmişəm?! Bu qədər vicdansızlıq olar?! Düşünmür ki, onun da balası var?..
Mənim həyat yoldaşım elə bir insandır ki, dünyanın hər yerilə əlaqəsi var. Hər yerdə yanımda mühafizəçi olurdu. Toy mərasimlərində və konsetlərimdə də qoruma altında idim. Buna baxmayaraq nə qədər özümü qorumalıyam?! Çox pis oldum.
Bu haqda heç yerdə danışmamışam. Keçmiş korifeylərimizin zamanında da bu hallara rast gəlinib, amma indi hansı dövrdə yaşayırıq ki, belə hal olsun! Sən də Şəbnəm kimi çalış, nəsə et, insanların sevgisi qazan. Allah hər kəsi şər-böhtandan uzaq eləsin. Onun adını çəkməyəcəm... Allaha tapşırıram".