Tolik keçmiş həyat yoldaşından danışdı: "Ailəsi, övladları var, düzgün olmaz..."

Maqazin 12 Aprel 2021 | 14:36
OXUNUB: 1511
Aparıcı prodüser Tarix Əliyev (Tolik) keçmiş həyat yoldaşından danışıb.
 
Sfera.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabından izləyicilərinin sualını cavablandırarkən söz açıb. Belə ki, izləyicilərdən biri Tolikə "Keçmiş həyat yoldaşınız desə ki, peşmanam, yenidən ailə həyatı quraq, birlikdə olarsınız?”, sualını ünvanlayıb. 

Prodüser isə cavabında "Bu haqda suala cavab vermək düzgün olmaz. Çünki o xanımın ailəsi, övladları var. Allah onu xoşbəxt eləsin. Məncə heç belə bir şey olmaz da. Bu haqda çox danışmaq istəmirəm”, - deyə bildirib.

Qeyd edək ki, Tolik bir dəfə - 1998-ci ildə ailəli olub, 1 il sonra isə boşanıb. Cütlük maddi imkansızlığa görə yollarını ayırıb.



Türkan
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man