Flora Kərimova Cavanşir Məmmədovla barışdı

Maqazin 11 Mart 2021 | 11:50
OXUNUB: 1004
Xalq artisti Flora Kərimova uzun müddətdir küsülü olduğu qohumu, ifaçı Cavanşir Məmmədovla barışıb.
 
Sfera.az xəbər verir ki, qohumlar ARB-də yayımlanan "Həmin Zaur" verilişində qonaq olublar. Aparıcının, o cümlədən digər qonaq müğənni  Elton Hüseynəliyevin təkidi ilə Flora Kərimova dayısı oğlu ilə barışığa razı olub. 

Xatırladaq ki, uzun illər hər iki tərəf qohum olduqlarını gizlədib. Sonradan məlum olub ki, sən demə xalq artisti müğənninin doğma bibisi qızıdır. Flora Kərimovanın mətbuata verdiyi açıqlamasına görə, Cavanşir Məmmədovun ali məktəbə qəbul olmağına və sənət aləminə gəlməyinə çox köməklər edib. Hətta gənclik illərində onların birgə duetləri də var. Yayılan məlumatlara görə , sonradan müğənni Cavanşir Məmmədov həmin lent yazılarını Qızıl Fonddan sildirib. Xalq artistinin açıqlamalarından belə aydın olur ki, tərəflər arasındakı narazılıq Cavanşir Məmmədovun bibisinin yasına 40-ı qurtaran ərəfədə gəlməsi olub.

Türkan 
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man