“Eurovision-2021” yeni formatda keçiriləcək

Maqazin 02 Mart 2021 | 18:40
OXUNUB: 2606
"Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsi bu il məhdud formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi azaldılacaq.

Sfera.az xəbər verir ki, bu barədə tədbirin təşkilat komitəsi məlumat yayıb.

Qeyd edilib ki, Rotterdamda baş tutacaq yarışmanın yeni qaydaları epidemioloji vəziyyət və koronavirus infeksiyasının yayılması ilə əlaqədardır.

Digər ölkələrdən olan "Eurovision” qonaqlarına Niderlanda yola düşməzdən beş gün əvvəl özlərini təcrid etmələri tövsiyə ediləcək, uçuşdan maksimum 72 saat əvvəl isə mənfi koronavirus testi olmalıdır.

Nümayəndə heyətlərindən məşqdə olmadıqları və ya şouda iştirak etmədikləri vaxtda oteldə qalmaları tələb olunacaq. Səhnə işçiləri, sənətçilər və jurnalistlər mütəmadi olaraq koronavirus testi verəcəklər.

Bundan əlavə, səhnədə yarışmanı yalnız 500 jurnalist izləyə biləcək, daha 1000 jurnalist isə onlayn mətbuat mərkəzində fəaliyyət göstərəcək.

May ayında keçiriləcək yarışmaya tamaşaçıların qatıla biləcəyi hələ məlum deyil.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man