Braziliyanın Buenos-Ayres şəhərində ağır xəsarətlərlə soyğun anı və ölümlə nəticələnən polis əməliyyatının görüntüləri yayılıb.
Videonu "Syndicate-18” "Telegram” kanalı yayımlayıb.
Kadrlardan görünür ki, üç soyğunçu gənc qızı döyərək, onun qiymətli əşyalarını qarət edirlər. Sonra motosikletlə hadisə yerindən uzaqlaşırlar.
Hadisədən xəbər tutan polis vaxtında reaksiya verərək, onların ardınca düşür. Cinayətkarlar təslim olmaq istəmədiklərindən hüquq-mühafizəçilərinə məxsus "Pikap” onların qarşısına çıxır. Nəticədə, qəza baş verir.
Kanalın məlumatına görə, hadisə nəticəsində qarətçilərdən biri həlak olub, digər ikisi isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Baş verənlərlə əlaqədar istintaqa başlanılıb. (oxu.az)