“Dəmirçi Plaza”da qətl törədən şəxs Ali Məhkəməyə müraciət edib

Kriminal 06 Noyabr 2019 | 14:05
OXUNUB: 1764
 

"Dəmirçi Plaza”da qətl törətməkdə təqsirləndirilən Elşən Bəşirov barəsindəki hökmdən kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, o, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

Ali Məhkəmədə baxılacaq şikayət hakim Gülzar Rzayevanın icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza” MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları” şirkətinə məxsus ofisdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "Cobalt” markalı tüfəng götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Bəşirov 18 il müddətə azadlıqdan məhrum edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man