“Qanuni oğru” “Quli” ilə görüşdə döyüldü

Kriminal 27 Avqust 2019 | 14:30
OXUNUB: 2109
 

Kutaisi qruplaşmasının məşhur simalarından olan "qanuni oğru” "Kvejoeviç” ləqəbli Quram Çixladze Türkiyədə döyülüb.

"Yeni Sabah” "CrimeRussia"ya istinadən xəbər verir ki, hadisə azərbaycanlı "qanuni oğru” "Quli” ləqəbli Nadir Səlifovla görüş zamanı baş verib. Görüş bəzi məsələləri aydınlaşdırmaq məqsədilə keçirilib. Həmin vaxt "Quli”nin köməkçisi, milliyyətcə qazax olan Arman adlı şəxs Çixladzeyə əl qaldırıb. Lakin o, Çixladzenin "qanuni oğru” titulu daşıdığını bilməyib. Bununla belə, "Quli” onun cəzalandırılmasına imkan verməyəcək.

Məlumatda deyilir ki, həmin vaxt Nadir Səlifovun özü Çixladzeyə hücum edə bilərdi və buna səbəb də var idi. Çünki bir müddət əvvəl Çixladzenin mərhum "qanuni oğru” Rövşən  Lənkəranskinin ailə üzləri ilə, həmçinin 2017-ci ildə "Quli”nin evinə hücum hazırlayanlarla danışdığı məlum olub. Nadir Səlifov Çixladzenin onlardan uzaq durmağa çağırıb və ona xəbərdarlıq edib. Lakin Çixladze xəbərdarlığa məhəl qoymayıb. İnternetdə  onun "Quli”nin əzəli rəqiblərindən biri ilə fotosu yayılıb.

Məlumatda o da vurğulanır ki, Quram Çixladze insidentdən dərhal sonra İsrailə çox yaxın olduğu "qanun oğrular”ın yanına uçub.

Bildirilir ki, artıq bütün kriminal aləm bu insidentdən xəbərdardır və güman ki, baş verənlərin davamı olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man