Lökbatanda yerləşən "Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub.
Sfera.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, mağazanın sahibi 46 yaşlı Elçin Ələsgərov yuyucu toz satılan obyektindən oğurluq olduğunu müəyyən edib.
E.Ələsgərov bununla bağlı 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, mağazada satılan yuyucu tozlar bu ilin martın 1-dən yoxa çıxmağa başlayıb və bu "sirr” iyulun 13-nə kimi davam edib. Bu üsulla mağazadan 44 min 500 manatlıq yuyucu toz oğurlanıb.
Aparılan əməliyyat tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bunlar mağazada işləyən 23 yaşlı Asif Abbasov və 25 yaşlı Tural Abbasovdur.
Bildirilib ki, mallar satılmaq məqsədilə oğurlanıb. Oğurluq faktı ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man