Silsilə oğurluqlar edən qardaşlar SAXLANILDI - VİDEO

Kriminal 25 Oktyabr 2024 | 17:22
OXUNUB: 9555

Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. 

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib. Qeyd olunub ki, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus mağazalardan pul, mobil telefonlar, digər qiymətli əşyalar, tütün məhsulları, habelə 1 ədəd avtomobilin naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər. 

 

“Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar 39 yaşlı Ramal Cəfərov və qardaşı 38 yaşlı Sakit Cəfərov saxlanılıblar. Həmin şəxslər əvvəlcə rayon ərazisində vətəndaşlardan birinə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaq istəsələr də onların bu cəhdi baş tutmayıb. Cinayət niyyətlərini davam etdirən qardaşlar daha sonra digər bir vətəndaşa məxsus “VAZ-2106” markalı avtomobili qaçıraraq ətraf ərazilərdəki mağaza və telefon dükanlarını talayıblar. Onlar maska və əlcəklə kamuflyaj olunaraq bu qanunsuz əməllər nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan nağd pul, lotereya biletləri, tütün məmulatı və müxtəlif markalı 20-dən çox mobil telefon oğurlayıblar. Bu şəxslər qaçırdıqları avtomobillə Ramana qəsəbəsi ərazisində qəza törətdikdən sonra nəqliyyat vasitəsini hadisə yerində qoyaraq oradan uzaqlaşıblar”.

 

Məlumata görə, R.Cəfərov və qardaşı S.Cəfərovun talama cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb:

 

“Saxlanılan şəxslərdən biri R.Cəfərovun Lənkəran şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi üçün axtarışda olduğu da müəyyən olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Həmçinin, saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir”.

 

Günay 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man