Qəbələdə qətl törədən şəxs HƏBS EDİLDİ - RƏSMİ

Kriminal 24 Oktyabr 2024 | 11:30
OXUNUB: 2125

Xəbər verildiyi kimi, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 3 il əvvəl Qəbələdə ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Sfera.az xəbər verir ki, Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi tamamlanıb.

 

İstintaqla, 1973-ci il təvəllüdlü Mübariz Sultanovun qisas niyyəti ilə cəzalandırmaq məqsədilə 2021-ci il dekabrın 24-də gecə vaxtı Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Mübariz Sultanova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Günay

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man