Bakıda aktyor və xanımı qətlə yetirildi - DİN MƏLUMAT YAYDI

Kriminal 23 Oktyabr 2024 | 09:55
OXUNUB: 2730

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər və arvadı qətlə yetirilib.

 

Sfera.az-ın məlumatına görə, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

 

Saat 21 radələrində həmin binadakı mənzilllərdən birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.

 

85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

 

Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. (Qafqazinfo)

 

 

***

 

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb.

 

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

 

Hazırda araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man