Lənkəranda qətlə yetirilən gənc qıza görə öldürülüb? - VİDEO

Kriminal 19 Oktyabr 2024 | 22:45
OXUNUB: 1223

Oktyabrın 17-də Lənkəranda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

 

Xatırladaq ki, qeyd edilən tarixdə 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və onun yerləşdirildiyi tibb müəssisəsində vəfat etməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən edilərək saxlanılıb.

 

Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Mərhumun qohumları isə bunun şər-böhtan olduğunu və son qərarın araşdırmaların nəticəsindən sonra məlum olacağını deyirlər.

 

Mərhumun qohumu Mahir Qafarzadə yayılan şayiələrlə bağlı deyib ki, iddia edilənlər yalandır:

 

"Bilən də danışır, bilməyən də. Uşağa şər atırlar".

 

Mərhumun dayısı Zamin Sadıqovun sözlərinə görə, hadisənin qız üstündə olması böhtandır:

 

"Onu vəhşicəsinə qətlə yetiriblər. 7-8 bıçaq zərbəsi vurulub. Uşağın heç bir problemi yox idi. Satıcı işləyirdi. İndiyə kimi kiməsə söz atmayıb".

 

Daha ətraflı Bakı TV-nin süjetində:

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man