Dələduzluqla məşğul olan keçmiş hakimin cəzası yarıya ENDİRİLDİ - FOTO

Kriminal 29 Aprel 2022 | 21:00
OXUNUB: 1634
Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş, dələduzluqda təqsirləndirilən Lətif Nəbiyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, L.Nəbiyevin ittiham olunduğu maddə sanksiya həddi daha yüngül olan maddəyə tövsif olunub. Bununla da onun barəsində olan 8 il azadlıqdan məhrum etmə cəzası 4 il 6 aya endirilib.
 

 
Xatırladaq ki, keçmiş hakim külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub. İttihama görə, o, zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar, Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. L. Nəbiyev R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alaraq dələduzluq edib.
 
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-
Hüquq Şurasının qərarı ilə L. Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub./APA/





 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man