Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini olan bloqer Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib.
DİN-dən verilən məlumata görə, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib.
C.Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib.