DİN əmisi qızını öldürən şəxslə bağlı məlumat yaydı

Kriminal 13 Aprel 2022 | 10:43
OXUNUB: 1117
Daxili İşlər Nazirliyi (DİN) Masallıda əmisi qızını öldürən şəxslə bağlı məlumat yayıb.
 
DİN-in (DİN) Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:
 
"2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olan məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə cinayət işi başlanılılıb.
 
Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılan cinayət işi Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsinə tövsif edilib".
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man