Qaydasız döyüşçünün qətlinin təfərrüatı - “Diz çöküb üzr istə...”

Kriminal 04 Aprel 2022 | 16:07
OXUNUB: 8999
Ötən ilin iyununda Bakıda qaydasız döyüşçü Murtuz Murtuzlunu qətlə yetirən 21 yaşlı Məhəmməd Məhəmmədliyə hökm oxunub.

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, "Maqa” ləqəbi ilə tanınan M.Məhəmmədli 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, qətl qız üstündə baş verib. Belə ki, Məhəmməd qonşuluqda yaşayan qızın Raul adlı şəxslə sevgili olmasını öyrənib və sosial şəbəkədə qıza yazıb. Səhifənin parolu qızın sevgilisində olduğu üçün mesaja da o cavab verib. Raul Məhəmmədə nəyə görə qıza yazdığını soruşub. Tərəflər məsələni aydınlaşdırmaq üçün görüş təyin ediblər.

Raul görüşə bir neçə dostunu, eləcə də qaydasız döyüşlə məşğul olan tanışı 23 yaşlı Murtuz Murtuzlunu da gətirib. Söhbət zamanı Murtuz Məhəmmədin qıza yazdığı mesaja görə Rauldan diz çöküb üzr istəməsini tələb edib. Bu zaman Məhəmməd üzərindəki bıçaqla Murtuza bir neçə zərbə endirib. Ağır xəsarət alan M.Murtuzlu xəstəxanaya çatdırılsa da, kəskin qanitirmədən vəfat edib.
 
 
(Qafqazinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man