Əsgəri öldürən sabiq polis hakim qarşısına çıxarılır

Kriminal 01 Aprel 2022 | 11:35
OXUNUB: 1494
Bakıda Daxili Qoşunların əsgərini maşınla vuraraq öldürən sabiq polislə bağlı istintaq yekunlaşıb.

Sfera.az xəbər verir ki, qəzanı törədən keçmiş polis serjantı Vaqif Novruzovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 11-ə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il noyabrında Sabunçu rayonunda baş verib. V.Novruzov "Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. Sonuncu xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

V.Novruzov saxlanılıb Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə mühakimə olunacaq.
 
(qafqazinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man