Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sfera.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlət Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Mahir Quliyevin verilmiş ittihamlarla təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Xatırladaq ki, sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
(apa)