Əli Əliyevin məhkəməsi təxirə salındı

Kriminal 01 Mart 2022 | 14:10
OXUNUB: 1397
Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin  şikayəti əsasında təyin olunan  məhkəmə iclası təxirə salınıb.
 
Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı, kapitan Ramin Ədilovun nümayəndəsi vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin səhhətində problem yarandığı üçün iclasda iştirak edə bilmədiyini deyib. Vəkil prosesin təxirə salınmasını xahiş edib. 
 
Məhkəmə vəsatəti təmin edib.
 
Məhkəmə prosesi aprelin 4-nə kimi təxirə salınıb.
 
Əli Əliyev 2022-ci ilin yanvarında Bakının Yasamal rayon məhkəməsində Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə-böhtanatma ittihamı ilə təqsirləndirilib.

Əli Əliyev  2021-ci ilin noyabrın 30-da baş vermiş hərbi helikopter qəzası ilə bağlı  çıxışında 14 hərbçinin ölməsinə, ikisinin yaralanmasına səbəb olan qəzadan sağ çıxmağın mümkünlüyünü şübhə altına alıb. İttihamçılar isə onun bu fikirlərini böhtan hesab edir. 

Helikopter qəzasından sağ çıxan Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov bu fikirlərə görə, Əli Əliyevi məhkəməyə verib. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Cari ilin yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Əliyev 5 ay müddətinə həbs edilib.

Əli Əliyevin öz fikirlərini ictimai şəkildə açıqlamasına görə 6 aylıq həbs edilməsi bəziləri üçün ifadə azadlığına müdaxilə olsa da, digərləri onun həbsini "şərəf-ləyaqətin müdafiəsi" kimi qiymətləndirib.
 
Onun vəkili Cavad Cavadovun fikrincə, müvəkkili bu ittihamı əsassız sayır və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
 
Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Əli Əliyevin həbsi ifadə azadlığına "kobud müdaxilə"dir.

Onun fikrincə, helikopter qəzasının siyasi tərəfləri var və buna görə siyasi partiya rəhbərinin də istənilən hadisədə müəyyən suallar qoymaq, şübhə ilə yanaşmaq, dərindən araşdırmanı təşviq edən metodlardan istifadə etmək haqqı var.

"Bu, başqalarının şəxsi həyatına müdaxilə və ya şərəf-ləyaqətinə təhqir kimi qiymətləndirilməməlidir. Əli Əliyevin cəzalandırılması ifadə azadlığını məhdudlaşdırıb," - Ələsgər Məmmədli deyib.
 
(anews)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man